Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 6-da manatın dollara nisbətən rəsmi məzənnəsini avqustun 5-də qeydə alınmış 1,0499 manat/$1 səviyyəsinə qarşı 1,0497 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Mərkəzi Bankın saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,02% möhkəmlənib.
AMB avqustun 6-na manatın avroya nisbətən rəsmi məzənnəsini avqustun 5-də qeydə alınmış 1,1405 manat/1EUR səviyyəsinə qarşı 1,1452 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,4% ucuzlaşıb.
Avqustun 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi avqustun 5-də qeydə alınmış 0,0167 manat/1RUR səviyyəsinə qarşı 0,0166 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 0,6% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Axundov