Yaponiya hökuməti və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardım (ODA) proqramı çərçivəsində “Yaponiyanın kiçik və orta həcmli şirkətlərinin məhsullarının təminatı üçün qeyri-layihə qrant yardımı” xətti üzrə mübadilə olunacaq nota və digər müvafiq səndələri imzalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Sənədlər 100 mln. yapon yeni ($909,090) həcmində vəsait ayrılmasını nəzərdə tutur. Qeyri-layihə yardımının əsas məqsədi Yaponiyanın orta və kiçik müəssisələrinin yüksək texnologiyalarından istifadə edərək Azərbaycanın kənd təsərrüfatı sektoruna yardım etməkdir.
Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Yaponiyanın Bakıdakı səfiri Tsuquo Takahaşi imzalayıblar.
Yaponiya infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafına ümumilikdə $1,1 mlrd. vəsait ayrılıb.
F.İsazadə