Yəhudi icması hər zaman Azərbaycanda özünü təhlükəsiz hiss edib və burada qürurla yaşayır. Bu barədə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bəyan edib.
“Azərbaycan həqiqətən də tolerantlıq nümunəsidir. Bunu artıq hər kəs qəbul edir. Bu məsələdə Azərbaycanı hətta qabaqcıl Avropa ölkələri ilə müqayisə etdikdə bunu aydın görürük”, - deyə R.Harpaz “AzərTAc” dövlət informasiya agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycanda hər hansı antisemitizm təzahürü yoxdur.
“Azərbaycan bu sahədə dünya ölkələrinə uğurlu bir modeldir. Burada təkcə yəhudilər deyil, digər xalqların nümayəndələri də min illərdir ki, əmin-amanlıq şəraitində yaşayır, işləyirlər. Bu, Azərbaycanın mədəni zənginliyidir, ən böyük sərvətidir”, - deyə diplomat vurğulayıb.
R.Babayev