SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Bulla-dəniz” yatağında yeni istismar quyusunun qazma işlərinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
125 nömrəli quyu “Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən qazılır.
Layihə dərinliyi 6200 metr olan quyu məhsuldar qatın VIII horizontuna qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 150 ton kondensat və 800 min kubmetr qaz hasil ediləcək”, - deyə məlumatda bildirilir.
“Bulla-dəniz” yatağı 1973-cü ildə açılıb, 1975-ci ildə istismara verilib. Yataq N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin balansındadır.
N. Abbasova