70 il öncə Xirosimaya atılmış atom bombasının nəticələri İranın nüvə proqramı üzrə sazişin vacibliyini bir daha nümayiş etdirir. Bu barədə ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.
“Bunun barəsində düşünməmək sadəcə mümkün deyil (....). Bu, indi aparılan müharibələrin insanlara və ölkələrə təsirini çox güclü şəkildə xatırlatmaqla yanaşı, həm də bizim İranla əldə etdiyimiz sazişin vacibliyini vurğulayır, bu saziş daha çox sayda nüvə silahı yaradılması imkanlarını azaltmağa kömək edir”,- deyə C.Kerri Yaponiyanın xarici işlər naziri Fumio Kisido ilə Malayziya paytaxtında görüşdən əvvəl jurnalistlərə bildirib.
Cümə axşamı Xirosima Sülh Xatirə Parkında Yaponiyaya atom bombasının atılmasının 70 illiyi ilə əlaqədar tədbir keçirilib.
C.Kerri bununla əlaqədar olaraq ABŞ-ın digər ölkələrlə, xüsusilə Rusiya ilə nüvə silahlarının azaldılması istiqamətində apardığı işin vacibliyini vurğulayıb.