Azərbaycanın qərb bölgəsində polis əməkdaşları tərəfindən yabanı halda bitmiş külli miqdarda narkotik bitki aşkar edilib. Bu barədə cümə axşamı “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
DİN Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Daşkəsən RPŞ əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş və çəkisi 1,6 ton olan 5,3 min ədəd çətənə kolu aşkarlanıb.
Bundan başqa, Goranboy RPŞ əməkdaşları Mənəşli kəndində yabanı halda bitmiş, çəkisi 3,6 ton 5118 ədəd çətənə kolu aşkar ediblər.
Narkotik bitkilər yığılaraq məhv edilib.
C.Həmidov