Azərbaycanda rus dilində "Qarabağ ədəbiyyatı" elektron toplusu hazırlanır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Orta əsrlərdən müasir dövrədək Qarabağda yaşayıb-yaratmış 100-dən çox şair, yazıçı və mütəfəkkirin bioqrafiyası, yaradıcılığı və əsərlərindən nümunələr ilk dəfə toplu halında rusdilli oxuculara təqdim ediləcək.
"Qarabağ ədəbiyyatı" elektron toplusu Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə hazırlanır. Layihə "Effektiv Təşəbbüslər Mərkəzi" İctimai Birliyi tərəfindən həyata keçirilir.
Toplu ictimai birliyin 2009-cu ildən həyata keçirdiyi "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə" layihəsinin növbəti mərhələsidir.
A.Zeydullayeva