Azərbaycanda 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək protokollar tərtib edilib, cərimələr tətbiq olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Reseptlərin düzgün yazılmamasına görə 11 həkim barəsində inzibati tədbirlər görülüb.
Səhiyyə Nazirliyi ölkə başçısının göstərişi ilə dərmanların keyfiyyəti, apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin buraxılışı üzərində bütün sahələr üzrə sistemli tədbirlərin icrasını davam etdirir.
A.Zeydullayeva