Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən iyul ayında həyata keçirilmiş dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə 1636 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əmək qanunvericiliyinin pozulması hallarına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, aidiyyəti işəgötürənlərə müvafiq məbləğlərdə cərimələr tətbiq edib.
Cərimələrin ümumi məbləğinin 30%-i (172,608 min manat) dövlət büdcəsinə ödənilib.
R.Babayev