Azərbaycan və İran sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmiş bir qrup şəxsin qarşısı alınıb. Bu barədə cümə günü Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İrandan Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmiş bir qrup şəxsin qarşısı alınıb.
Onlar Azərbaycan sərhədçilərinə silahlı müqavimət göstərərək geri çəkiliblər.
Hadisə yerinə baxış zamanı 4,425 kq qram tiryək aşkar edilərək götürülüb.
R.Babayev