Qəbələdə Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının 9-cuzirvə toplantısı işinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın Ağsaqqallarşuralarının sədrləri, Türk PA-nın rəsmiləri gündəmdə duran müxtəlif məsələləri müzakirə ediblər.
Toplantıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri arasında iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi qərara alınıb. Üzv ölkələrin diasporlarının regional mərkəzlərinin ABŞ, Fransa və Almaniyada qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Şura 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və stabilliyə töhfə vermək məqsədi ilə yaradılıb.
İ.Əhmədov