Cari ilin noyabr ayında Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi gözlənilir. Bu barədə jurnalistlərə Gürcüstanın Bakıdakı səfiri Teymuraz Şaraşenidze məlumat verib.
Onun sözlərinə görə, görüşdə regional formatda əməkdaşlıq məsələləri müzakirə ediləcək.
“Görüş zamanı regional, ilk növbədə siyasi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq”, - deyə diplomat qeyd edib.
F.İsazadə