Bakı İnzibati-İqtisadi Məhkəməsi “Azerbaijan İnternational Consulting Company” MMC-ni “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvedicisi təyin edib. Bu barədə MMC-nin məlumatında qeyd edilir.
Qanunvericiliyə əsasən, bankın idarə olunması üzrə bütün səlahiyyətlər ləğvediciyə keçib.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Kredit Bankı” ASC-nin fəaliyyət üçün lisenziyasını ləğv edib. “Lisenziyanın ləğvi barədə qərar 16 iyul 2015-ci il tarixində qüvvəyə minib. Lisenziyanın ləğv edilməsinə dair qərar bankın məcmu kapitalın minimal məbləği tələbinə (50 mln. manat - İF-Az) əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişləri yerinə yetirməməsi ilə əlaqədar qəbul edilib.
“Azərbaycan Kredit Bankı” ASC 2005-ci ilin dekabr ayında fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları bir neçə fiziki şəxsdir.
A.Axundov