Gürcüstanın Azərbaycandakı səfirliyi Bakıda Müasir İncəsənət Qalereyasında Rusiya-Gürcüstan müharibəsinin növbəti ildönümünə həsr olunmuş fotosərgi keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Tədbirdə çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze qeyd edib ki, fotoekspozisiyanın müəllifi əcnəbi jurnalist Ceym Consdur.
“Biz bu sərgi ilə sizə XXI əsrdə “Berlin divarları”nın necə tikildiyini və ya “sürünən ilhaq”ın necə baş verdiyini göstərmək istəyirik”,- deyə diplomat qeyd edib.
F.İsazadə