Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirmətə hazırlanması 5 il vaxt tələb edə bilər. Bu barədə “Fitch Ratings” agentliyinin məlumatında qeyd edilir.
“ Bu o deməkdir ki, bank böyük ehtimalla ortamüddətdə dövlətin mülkiyyətində qalacaq”,- deyə agentliyin məlumatında ABB rəhbərliyinə istinadəın bildirilir.
Bundan əlavə, “Fitc” hesab edir ki, hətta əgər özəlləşdirmə baş tutsa, ABB ölkədəki ən iri banklardan biri olaraq vacib bank olmaqda davam edəcək və dövlət tərəfindən nəzarət olunan strukturlarla əhəmiyyətli əməkdaşlığını qoruyub saxlayacaq.
Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il iyulun 15-də bankın özəlləşdirməyə hazırlanması məqsədi ilə ABB-nin maliyyə mövqeyinin bərpa edilməsi üzrə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri təsdiq edilməlidir.
Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi bankı problemli aktivlərin həcmini müəyyənləşdirməlidirlər, Aktivlərin satınalınma müddəti və ya özəlləşdirmənin başlanma müddəti dəqiq göstərilməsə də problemli aktivlərin həcmi müəyyən edildikdən sonraq 15 gün ərzində problemli aktivlər satılmalıdır.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i fiziki və hüquqi şəxslərə məxsusdur
A.Axundov