Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 10-da manatın dollara nisbətən rəsmi məzənnəsini avqustun 7-də qeydə alınmış 1,0497 manat/$1 səviyyəsinə qarşı 1,0494 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Mərkəzi Bankın saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,03% möhkəmlənib.
AMB avqustun 10-na manatın avroya nisbətən rəsmi məzənnəsini avqustun 7-də qeydə alınmış 1,1453 manat/1EUR səviyyəsinə qarşı 1,1508 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,5% ucuzlaşıb.
Avqustun 10-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi avqustun 7-də qeydə alınmış 0,0164 manat/1RUR səviyyəsində müəyyən edilib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Axundov