2015-ci il iyulun 1-nə Azərbaycanda kommersiya banklarının daşınmaz əmlakla əməliyyatların kreditləşdirilməsi üzrə portfeli (o cümlədən ipoteka kreditləri üzrə) 1 mlrd. 363,4 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
AMB-nin məlumatına əsasən, 2015-ci il yanvarın 1-nə bankların belə kreditlər üzrə portfeli 1 mlrd. 219,1 mln. manat təşkil edib. Beləliklə, cari ilin birinci yarısında bankların qeyd olunan kreditlər üzrə portfeli 11,8% artıb.
Bütövlükdə bankların ümumi kredit portfelinin 6,7%-i daşınmaz əmlakın tikintisi və alışı üzrə əqdlərin kreditləşdirilməsinin payına düşür, 2014-cü ilin yekunları üzrə bu göstərici 6,6% təşkil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda kommersiya banklarının daşınmaz əmlakla əməliyyatların kreditləşdirilməsi üzrə portfeli 36,9% artıb.
A.Axundov