2015-ci il iyulun 1-nə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2,703 min ədəd təşkil edib ki, bu da ilin əvvəlinə olan göstəricidən 3,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından məlumat verilb.
AMB-nin məlumatına əsasən, iyulun 1-nə Bakıda 1,53 min bankomat (artım 4%), regionlarda 1,173 min bankomat ( artım 3,2%) quraşdırılıb.
2015-ci ilin I yarısında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılmış pos terminaların sayında artım müşahidə olunub. 2015-ci il iyulun əvvəlinə onların sayı 78,264 min ədəd ( artım 7,2%) təşkil edib.
Bununla yanaşı, Bakıda 49,438 min (azalma 1,2%), regionlarda 28,826 min (artım 25,5%) terminal var.
Pərakəndə ticarət obyektlərində 76,832 min və ya bütün post terminalların 98,2%-i quraşdırılıb.
A. Axundov