İsrailin Bakıdakı yeni səfiri Dan Stav Azərbaycandadır və tezliklə etimadnaməsinin dövlət başçısına təqdim edilməsini gözləyir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə səfirlikdən məlumat verilib.
“Səfir Bakıdadır və vəzifəsinin icrasına başlayıb. Ay ərzində etimadnaməsini prezident İlham Əliyevə təqdim edəcəyini gözləyirik”, - deyə diplomatik nümayəndəlikdən qeyd ediblər.
D.Stav bu vəzifədə bu yaxınlarda səlahiyyətlərinin icrasını bitirən Rafael Harpazı əvəz edir.
F.İsazadə