Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 11-də manatın dollara nisbətən rəsmi məzənnəsini avqustun 10-da qeydə alınmış 1,0494 manat/$1 səviyyəsinə qarşı 1,0493 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Mərkəzi Bankın saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,01 % möhkəmlənib
AMB avqustun 11-nə manatın avroya nisbətən rəsmi məzənnəsini avqustun 10-da qeydə alınmış 1,1508 manat/1EUR səviyyəsinə qarşı 1,1522 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,12% ucuzlaşıb.
Avqustun 11-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi avqustun 10-da qeydə alınmış 0,0164 manat/1RUR səviyyəsinə qarşı 0,0167 manat/1RUR səviyyəsində müəyyən edilib.Beləliklə, manat rubla qarşı 1,8% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Axundov