Postsovet respublikalarından yalnız Azərbaycan maksimal həcmdə rus dilini və rus mədəni irsini qoruyub saxlayıb. Bu barədə “Rusiya- Azərbaycan Dostluq (RAD) mərkəzinin prezidenti Natalya Krasovskaya bəyan edib.
“Postsovet respublikalarından məhz Azərbaycan maksimal həcmdə rus dilini və rus mədəni irsini qoruyub saxlayıb. Yeri gəlmişkən, SSRİ-nin süqutundan sonra Rusiyaya Azərbaycandan çox az sayda rus döndü, onlar özlərinin ikinci vətənlərindən ayrılmaq istəmirdilər, orda onların bu istəyi dəstəklənirdi”, - deyə o “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
N.Krasovskayanın sözlərinə görə, Azərbaycanda istənilən tarixi abidəyə dözümlü münasibət var, məscid, kiolsə və sionaqoqlar eyni dərəcədə qorunur, rus ədəbiyyatını çox sevirlər. “Ümumiyyətlə, Azərbaycanda müntəzəm olaraq həyata keçirilən multikulturalizm siyasəti öz səmərəsini verir. Bunun nəticəsi olaraq Azərbaycan ruslara qarşı ən yaxşı münasibət göstərən ölkələrdən biridir. Ürəkaçan haldır ki, ən ucqar kəndlərdə belə rus dilini anlayırlar, Bakıda demək olar ki, hər kəs rusca danışır. Əlbəttə, bu xalqların yaxınlaşmasına kömək edir”, - deyə RAD mərkəzinin prezidenti vurğulayıb.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/647574 saytında tanış olmaq mümkündür
F.Hüseynzadə