Yanvar-iyul aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi və rüsumlar yığımı 4 mlrd. 104 mln. 76,7 min manat təşkil edib. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
“2015-ci ilin yanvar-iyukl aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə vergi və rüsumlar yığımı üzrə planı 101,9% yerinə yetirib. Nazirliyin xətti ilə vergi və rüsumlar üzrə faktiki yığım həcmi 4 mlrd. 104 mln. 76,7 min manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Hesabat dövründə Vergilər Nazirliyi 47,396 min vergi ödəyicisini qeydiyyata alıb.
A.Axundov