Azərbaycan və İraq hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın II iclasının cari ilin sonunadək Bağdad şəhərində keçiriləcək. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
“Çərşənbə axşamı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun İraq səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə görüşü zamanı birgə komissiyanın iclasının keçirilməsi məsələsi və iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni istiqamətlər müzakirə olunub”, - deyə məlumatda qeyd olunur.
Görüş zamanı həmçinin Hökumətlərarası Birgə Komissiyanın sədri olan Ə.Abbasov ölkələr arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, iqtisadi, elmi, texniki və mədəni sahələr kimi rabitə və yüksək texnologiyalar istiqaməti də Azərbaycan və İraq arasında əməkdaşlığın inkişafı üçün prioritet əhəmiyyət daşıyır.
“İki ölkə arasında bu sahədə yaranan əlaqələr yeni müstəviyə qədəm qoyub, lakin imkanların daha da gücləndirilməsi üçün imkanlar var. Azərbaycan bu istiqamətdə İraqla öz təcrübəsini paylaşmağa hazırdır”, - deyə o qeyd edib.
N.Abbasova