RF Cənub Hərbi Dairəsinin Gümrü qarnizon məhkəməsində rusiyalı hərbçi Valeri Permyakovun fərarilik və silah oğurluğu işi üzrə məhkəmə işi başlayıb.
Məhkəmədən “İnterfaks” agentliyinə bildirilib ki, Rusiyanın Gümrü ərazisindəki hərbi bazasında keçirilən səyyar məhkəmə iclasında sıravi V. Permyakovun cinayət işinə ayrı ayrı prossesual məırhələlərlə baxılacaq. V.Permyakov eyni zamanda Avetisyanlar ailəsinin 7 üzvünü öldürməkdə ittiham edilir.
“Məhkəmə prosesi bir –iki həftə ərzində başa çatmalıdır. Ola bilsin ki artıq çərşənbə günü hökm çıxarılsın”,- deyə agentliyə vəziyyətlə əlaqdar olan mənbə bildirib.
Onun sözlərinə görə, ittihamçı məhkəmədən RF Cinayət Məcəlləsində fərarilik, silah oğlurluğu, qanunsuz silah daşıma maddələri üzrə ən ağır cəza, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilməsini tələb edəcək.