ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rasim Əliyevin ölümündə şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsini alqışlayır. Bu barədə Amerika səfirliyinin bəyanatında deyilir.
“ABŞ səfirliyi Rasim Əliyevin ölümü ilə bağlı onun ailəsinin kədərini bölüşür. Biz Azərbaycan hökumətinin tam instintaq tədbirlərini həyata keçirmək və bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək öhdəliyini alqışlayırıq”, - deyə bəyanatda bildirilir.
F.İsazadə