Azərbaycan prezidenti İlham Əliyev Astanada keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) Zirvə toplantısının işində iştiraka dəvət olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfirlikdə qeyd olunduğu kimi, cari ilin sentyabr ayında keçiriləcək sammitdə İ.Əliyevin iştirakını Azərbaycan tərəfi hələlik rəsmi təsdiq etməyib.
Bundan başqa, noyabr ayında həmçinin Milli Məclisin sədri Oqtay Əsədovun Astanaya səfəri gözlənilir. Səfərin məqsədi həmin ayda keçiriləcək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) növbəti sessiyasında iştirak etməkdir.
F.İsazadə