Yaponiya Hökuməti Ağcabədi rayonunda su təchizatı sisteminin tikinti lahiyəsini həyata keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Bakıdakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Avqustun 13-də Yaponiyanın Azərbaycandakı səfiri Tsukuo Takaxaşi və Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun iştirakı ilə lahiyənin başa çatmasına həsr olunmuş tədbir keçirilib Layihə Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” layihəsi çərçivəsində həyata keçirilib.
Layihənin dəyəri $103 min təşkil edib.
Ümumilikə, bu proqram çərçivəsində Azərbaycanda mədəniyyət, səhiyyə, təhsil,ekologiya və kənd təsərrüfatı sahələrində ümumi məbləği $16 mln. 951,735 min təşkil edən 199 layihə həyata keçirilib.
A.Zeydullayeva