“Azərişıq” ASC “ASAN Xidmət” (Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ) vasitəsi ilə xidmət əhatəsini genişləndirir. Bu barədə ASC-nin məlumatında bildirilir.
“Azərişıq” ilk olaraq fəaliyyətini 4 saylı Bakı ASAN Xidmət mərkəzində, sonradan isə 1 və 2 saylı Bakı “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərməyə başlayıb. Ötən müddət ərzində 9936 nəfər abonent müarciəti qəbul edilib və bu müraciətlər qısa müddətdə müsbət həll edilib. ASC 2015-ci ilin avqust ayından etibarən Sumqayıt, Sabirabad və 5 saylı Bakı “Asan Xidmət” mərkəzlərində fəaliyyətə başlayıb”,- deyə məlumatda qeyd edilir.
Sumqayıt şəhərində yerləşən “Asan Xidmət” mərkəzinə Sumqayıt abunəçiləri və eyni Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonu abonentləri müraciət edə bilərlər.
“Azərişıq” ASC yaxın gələcəkdə Asan Xidmət mərkəzlərində verilən xidmətlərin sayını çoxaltmaqla yanaşı Bərdə və Gəncə “Asan Xidmət” mərkəzlərində də fəaliyyətə başlanılacaq.
Xəbər verildiyi kimi, Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyasına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir
N.Abbasova