ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri Türkiyə ərazisindəki hərbi bazadan ilk dəfə havaya qalxaraq “Islam dövləti” (İŞİD) döyüşçülərinin mövqelərinə zərbələr endiriblər. Bu barədə Pentaqondan jurnalistlərə məlumat verilib.
Çərşənbə günü Türkiyə təyyarələri hava zərbələrində iştirak etməyiblər.
Türkiyə radikal islamçıların cavab aksiyalarından ehtiyat edərək təxminən bir il razılaşmadıqdan sonra cari ilin iyul ayında özünün hərbi bazalarının beynəlxalq koalisiya tərəfindən İŞİD qüvvələrinə qarşı istifadəsinin təşəbbüskarı olub, deyə müşahidəçilər qeyd edirlər.