AGBank-ın “Yığım” əmanəti müştərilərinə AGBank Forex-dən bonus qazandırmağa davam edir.
Belə ki, bank müştərilərinin bonus kampaniyasına müşahidə olunan yüksək marağını nəzərə alaraq cari ilin iyul ayında başlanan bonus aksiyasının müddəti uzadıldı. Aksiyanın şərtlərinə görə AGBank-ın istənilən filialında illik 12% ilə “Yığım” əmanəti açan hər müştəri AGBank Forex-dən 250 AZN real hesab qazanır. Həmçinin Foreks ticarət bazarı üzrə pulsuz təlim və təlim materialları da hədiyyə olunur.
Bu da hələ son deyil, AGBank-la Foreks əməliyyatlarında iştirak edib bonuslar toplayaraq mobil telefon, kompüter, lüks avtomobil kimi hədiyyələr əldə etmək fürsətini də qazanırsınız.
“Yığım”əmanəti
Nəzərinizə çatdıraq ki, bu əmanət növü istənilən məbləğ ilə bankda depozit açdıqdan sonra, hesaba aylıq əlavələr etməklə həmin məbləği artırmaq fürsətini yaradır. Depozitin müddətinə uyğun olaraq, həm ilk qoyduğunuz məbləğə, həm də əlavə yatırımlara faizlər hesablanır. Yığım əmanəti üzrə minimal məbləğ 100 AZN təşkil edir, faiz dərəcəsi isə illik 12%-dir. Depozit açan şəxsə məbləğdən asılı olaraq pulsuz plastik kart da təklif olunur. 12 aylıq əmanət üzrə faizlər əmanətin müddəti başa çatdıqdan sonra ödənilir. Əmanət hesabını istənilən vaxt artırmaq mümkündür.
Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.
Zəngin olmaq haqqınızdır!