Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin yanvar-iyul aylarında işəgötürənlər tərəfindən işçilərə 504,095 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin ödənilməsini təmin edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmçinin iyul ayında işəgötürənlər tərəfindən ümumilikdə 14,693 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
İyulda vəsaitin 13,053 min manatı (88,8%) əmək haqlarından, qalanı zərərə görə ödənc, sosial müavinət və kompensasiyalardan ibarət olub.
R.Babayev