Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə vakant yerlərə abitiuriyent qəbulu elan edir. Bu barədə TQDK-nin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, qəbul test imtahanlarının nəticələrinə görə ali məktəblərə daxil olan abituriyentlər qeydiyyata alınandan sonra 6555 yer boş qalıb, bu isə 16,88% təşkil edir. Bununla belə, birinci mərhələyə əsasən, 38,831 min planla nəzərdə tutulan yerə 32,276 min nəfər qəbul edilib.
32,276 min nəfərdən 11,664 mini dövlət sifarişinə əsasən ixtisaslar üzrə qəbul olunub. Bununla belə, birinci mərhələnin nəticələrinə əsasən, plan yerləri 83,12% dolub.
14-19 avqust tarixlərində vakant yerlərinə qəbul keçiriləcək.
A.Zeydullayeva