Sancay Rana Hindistanın Azərbaycana yeni səfiri təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hindistanın Bakıdakı səfirliyindən məlumat verilib.
“ Sancay Rana bu ilin sentyabr-oktyabr aylarında Bakıya gələcək”,- deyə səfirlikdən bildirilib.
S.Rana bu vəzifədə səlahiyyət müddəti 2015-ci ilin yanvar ayında başa çatan Vinod Kumarı əvəz edəcək.
R.Babayev