Cümə axşamı Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyasının üzvləri ilə keçirilən görüşündə ölkədəki seçkiqabağı vəziyyət, seçkilərə hazırlığın qiymətləndirilməsi ilə bağlı məsələlər müzakirə mövzusu olub.
DSK-nin mətbuat xidmətinin məlumatına görə, Y.Yusifov vurğulayıb ki, Komitə beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verir.
Missiyanın üzvlərinə ölkənin yaşı 18-dən yuxarı olan əhalisi və xaricdə yaşayan azərbaycanlıların sayı barədə məlumat verilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, Azərbaycana səfər çərçivəsində ATƏT-in Missiyası seçkilәrlә bağlı maraqlı tәrәflәr, o cümlәdәn hakimiyyәt vә siyasi partiya nümayәndәlәri, müstәqil namizәdlәr, vәtәndaş cәmiyyәti üzvlәri vә media nümayәndәlәri ilә görüşlәr keçirəcək.
R.Babayev