O xatırladır ki, Amerikanın xarici işlər idarəsinin başçısının Kubaya bu səfəri iki ölkə arasındfa diplomatik münasibətlərin olmadığı bir çox onilliklər ərzində ilk səfər olacaq.Cümə günü ABŞ-ın Kubadakı səfirliyi qarşısında dövlət katibi Con Kerrinin iştirakı ilə Amerikanın bayrağının sancılması mərasimi keçiriləcək. Bu barədə ABŞ-dan Kuba üçün fəaliyyət göstərən “Marti” teleradiostansiyası məlumat verir.
“Marti”-ya mərasimin detaları barədə məlumat verən ABŞ Dövlət Departamentinin nümayəndəsi dəvət olunanların dəqiqi sayını qeyd edə bilməyib, lakin bildirib ki, Kuba Dövlət Şurasının rəhbəri Raul Kastro mərasimə qatılmayacaq. Kuba rəhbərliyini XİN başçısı Bruno Rodriqes təmsil edəcək.
Bundana başqa, o qeyd edib ki, səfriliyin binası qarşısında yeni bayrağ sancılacaq, ölkələr diplomatik münasibətləri kəsəndən sonra digər bayrağ endirilib. Yeni bayrağı 1961-ci ildə digər bayrağı endirən ABŞ dəniz piyada qoşunlarının 3 veteranı qaldıracaq.
ABŞ dövlət katibi Con Kerri öz növbəsində məlumat verib ki, ən çox bir gün davam edəcək Kubaya səfəri zamanı müxalifət nümayəndələri ilə görüşmək niyyətindədir, baxmayaraq ki, onlar mərasiməı dəvət olunmayıblar. C.Kerrinin R.Kastro və Fidel Kastro ilə görüşləri planlaşdırılmayıb.
İyulun 20-dən etibarən Vaşinqton vaxtı ilə saat 00:00 radələrində (Moskva vaxtı ilə saat 07:00) ABŞ və Kuba arasında 50 il pozulduqdan sonra rəsmi bərpa olunmuş hesab edilir. Həmin gün Kubanın ABŞ-da səfirliyi üzərində Kubanın bayrağı qaldırılıb və Amerikanın diplomatik münasibətlər qurduğu bütün ölkələrin bayraqlarının yer aldğı Dövlət Departamentinin xolunda quraşdırlıb.