Suriyanın İnqilab və Müxalifət Qüvvələrinin Milli Koalisiyası 2012-cü il 30 iyun Cenevrə kommunikesi ilə qeydə alınmış keçid dövründə ölkəyə rəhbərliyi öz üzərinə götürməyə hazırdır.
“Biz məsuliyyəti üzərimizə almağa və keçid dövründə öğlkəyə rəhbərlik etməyə hazırıq”,- deyə Milli Koalisiyanın prezidenti Adel əl- Hoca cümə günü Moskvada mətbuat konfransında bildirib.
Cenevrə kommunikesi Suriyada keçici idarəedici orqanın yaradılmasını təklif edir.