2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda sığortaçıların sığorta haqları 283,15 mln. manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 12,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.
“Cari ilin yanvar-iyul ayları ərzində sığortaçıların ödənişləri 104,8 mln. manat təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə 34,4 % artıb”, - deyə qeyd edilib.
Hesabat dövründə sığortaçılar sığorta haqlarının hər 100 manatı üçün 37 manat məbləğində ödəniş həyata keçiriblər, 2014-cü ilin yanvar-iyul aylarında bu göstərici 31 manat təşkil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə sığortaçıların sığorta haqları 5,8%, ödənişləri 28% artıb.
N.Abbasova