Azərbaycan prezidenti İlham Əliyev Bakının Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində aparılan abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi. Bildirildi ki, həmçinin qeyd edilən küçələrin hamısına asfalt döşənib.
O cümlədən, İ.Əliyev yaxınlıqdakı ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən sonrakı vəziyyətlə də tanış oldu.
R.Babayev