2015-ci ilin yanvar-iyun ayları ərzində “Azərsu” ASC tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 26800 su sayğacı quraşdırılıb. Bu barədə ASC-nin məlumatında bildirilir.
Quraşdırılmış sayğacların 20500 ədədi əhali, 6300 min ədədi isə qeyri -əhali qrupunun payına düşür.
Hesabat dövründə quraşdırılmış sayğacların 19728 ədədini smart sayğaclar təşkil edib. Smart sayğacların 15297-i Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə, 4431 ədədi isə regionlarda quraşdırılıb.
Respublikanın şəhər və rayon mərkəzlərində yeni su və kanalizasiya layihələrinin icrası çərçivəsində abunəçilər smart sayğaclarla təmin olunması istiqamətində işlər davam etdirilir.
Smart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış sayğacların ümumi sayı 372 minə çatıb. İndiyə qədər quraşdırılmış sayğacların 336 min ədədi əhali, 36 min ədədi isə qeyri -əhali qrupu abunəçilərinin payına düşür.
Xəbər verildiyi kimi, 2012-ci ilin may ayında “Azərsu” ASC qeyri-əhali qrupu abunəçiləri, oktyabr ayından isə əhali qrupu abunəçilərinə smart-kart tipli sayğacların quraşdırılmasına başlayıb.
Əhali üçün sayğaclar dövlət hesabına, qeyri-əhali qrupu üçün istehlakçının öz vəsaiti hesabına quraşdırılır.
N.Abbasova