2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda qaz kondensatı da daxil olmaqla neft hasilatı 24 mln. 524,2 min ton təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 2,1% azdır. Bu barədə “ İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar- iyul aylarında qaz hasilatı 17 mlrd. 232 mln. kubmetr təşkil edib ( azalma 3,1%).
Daha öncə SOCAR şirkətinin hasilat və nəqliyyat üzrə vitse – prezidenti Rəhman Qurbanova istinadən bildirilmişdi ki, 2015-ci ildə Azərbaycanda 40,7 mln. ton neft, 30,2 mlrd. kubmetr qaz istehsalı proqnozlaşdırılır.
2014-cü ildə Azərbycanda ümumilikdə 41,9 mln. ton neft, 29 mlrd. 615,3 mln. kubmetr qaz istehsal olunub.
N.Abbasova.