2015-ci ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 9 mlrd. 368,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, yanvar-iyul aylarında kapital qoyuluşlarının ümumi həcmindən 6 mlrd. 259,6 mln. manat (bütün investisiyaların 66,8%-i) istehsalat təyinatlı obyektlərin, 3 mlrd. 108,9 mln. manat (bütün investisiyaların 33,2%-i) xidmət sahəsində obyektlərin inşasına yönəldilib.
Hesabat dövrü ərzində kapital qoyuluşlarının ümumi həcmindən 3 mlrd. 874,5 mln. manat (bütün investisiyaların 41,4%-i) xarici investisiyaların, 5 mlrd. 494 mln. manat (bütün investisiyaların 58,6%-i) daxili investisiyaların payına düşüb.
Yanvar-iyul aylarında neft sektoruna 4 mlrd. 125,6 mln. manat (bütün kapital qoyuluşlarının 44%-i), qeyri-neft sektoruna 5 mlrd. 242,9 mln. manat (bütün kapital qoyuluşlarının 56%-i) həcmində investisiya qoyulub.
Hesabat dövrü ərzində tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 6 mlrd. 988,3 mln. manat və ya bütün kapital qoyuluşlarının 74,7%-ni (artım 11,6%) təşkil edib.
Cari ilin yanvar-iyul aylarında dövlət müəssisə və təşkilatları tərəfindən 2 mlrd. 660,6 mln. manat (bütün investisiyaların 28,4%-i), özəl müəssisə və təşkilatlar tərəfindən 6 mlrd. 707,8 mln. manat (bütün investisiyaların 71,6%-i) həcmində kapital qoyuluşları həyata keçirilib.
Yanvar-iyul aylarında müəssisə və təşkilatların vəsaitləri hesabına 6 mlrd. 773,6 mln. manat (artım 31%), bank kreditlərinin hesabına 443,3 mln. manat (artım 51%), büdcə vəsaitlərinin hesabına 1 mlrd. 662,9 mln. manat (azalma 48,3%), büdcədənkənar fondların vəsaitləri hesabına 153,8 mln. manat (azalma 6,4%), əhalinin vəsaitləri hesabına 273,2 mln. manat (artım 15,5%), digər mənbələr hesabına 61,7 mln. manat (artım 3,1%) həcmində kapital qoyuluşları həyata keçirilib.
N.Abbasova