Cari ilin yaz-yay mövsümündə 920 nəfərə yaxın əlilliyi olan şəxs Lənkəran, Xaçmaz və Şəki rayonlarında yerləşən istirahət mərkəzlərinə göndərilib.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 45 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib.Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Nazirliyin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin yaz və yay aylarında 1000 nəfərdən çox əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub. ƏƏSMN cari ilin yaz-yay mövsümündə artıq 919 nəfər əlilliyi olan şəxsi istirahətə göndərib.
Əlilliyi olan şəxslər respublikamızın səfalı guşələrində istirahət etdikləri müddətdə müalicəvi bədən tərbiyəsinə, səmərəli fizioterapevtik müalicə prosedurlarına da cəlb edilirlər
R. Babayev