2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 10,7% - 937,2 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xidmətlərin 72,6%-nin istifadəçiləri fiziki şəxslər olub, onlara 680,4 mln. manat məbləğində (artım 8,8%) xidmət göstərilib.
2015-ci ilin yanvar-iyul aylarında rabitə xidmətlərinin ümumi həcminin 53,9%-i və ya 505,2 mln. manat (azalma 2,7%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.
N.Abbasova