2015-ci ilin birinci yanvar-iyul aylarında Azərbaycanda həyata keçirilmiş tikinti işlərinin həcmi 3 mlrd. 579,5 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 21,07% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu ilin yanvar-iyul aylarında yerinə yetirilmiş işlərin 65,5%-i tikinti, yenidənqurma və genişləndirmə, 17,3%-i əsaslı təmir, 5%-i cari təmir, 12,2%-i digər tikinti işlərinin payına düşüb.
Hesabat dövründə tikinti işlərinin 83,8%-i qeyri-dövlət tikinti müəssisələri tərəfindən həyata keçirilib.
A.Axundov