2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 3 mlrd. 497 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 8,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsal həcmi 2,4% artıb. Bundan başqa, 256,9 min ton ət (artım 1,8%), 1 mlrd. 144,8 min ton süd (artım 3,7%), 898 mln. ədəd yumurta (artım 1%) və 15,6 min ton yun (artım 1,8 %) istehsal edilib.
2015-ci ilin yanvar-iyul aylarında respublikada 765,4 min ton tərəvəz (artım 6,6%), 506,8 min ton kartof (artım 8,7%), 356,4 min ton bostan məhsulu (artım 9,6%), 179,7 min ton meyvə və giləmeyvə (artım 1,8%), 363,6 ton yaşıl çay (artım 14,8%) yığılıb.
Avqustun 1-nə 2 mln. 783,3 ton dənli bitki (qarğıdalı da daxil olmaqla) toplanıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 27,9% çoxdur.
А.Ахундов