2015-ci ilin yanvar-iyul aylarında Azərbaycana 19,476 min ədəd avtonəqliyyat vasitəsi idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 49,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumata görə, hesabat dövrü ərzində respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 17,345 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
2015-ci ilin yanvar-iyul aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 1,275 ədəd motorlu nəqliyyat vasitəsi və 196 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal edilib.
Bundan başqa, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 660 ədəd motorlu nəqliyyat vasitəsi gətirilib.
N.Abbasova