Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 107 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polisin məlumatına görə, bu dövrdə (10-16 avqust) baş vermiş bədbəxt hadisələr nəticəsində 17 nəfər həlak olub, 3 nəfər xəsarət alıb (zəhərlənib), 4 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 4 nəfər qətldə, 9 nəfər bədən xəsarətləri yetirməklə sui-qəsddə, 29nəfər qarətdə, 8 nəfər oğurluqda, 3 nəfər avtomobil qaçırmaqda şübhəli li bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 2 fakt qeydə alınıb.
C.Həmidov