2015-ci ilin yanvar- iyul aylarındaAzərbaycanda 272,3 mln. manat dəyərində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikada 1 mln. 622,6 min ton sement (azalma 2,4%), 108,1 min ton tikinti gipsi (artım 0,4%), 12,7 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 31,4%), 259,9 min ton asfalt (artım 44,7%) istehsal olunub.
Bundan başqa, 2015-ci ilin yanvar-iyul aylarında 7 min 222,9 min ton emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar (artım 3,2 dəfə), 159,3 min kubmetr tikinti kərpici (artım 59,3%), 617,4 min ton hazır beton qarışığı (azalma 37%) istehsal edilib.
A.Axundov