İki həftə ərzində Bakıda kəskin istilər 9 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyevməlumat verib.
“Yayın əvvəlindən Bkıda istivurma və günvurma nəticəsində 23 nəfər xəstəxanaya yerləşdirilib. Paytaxtda isti günlərdə zərər çəkənlərin ümumi sayı 67 nəfərə çatıb”, - deyə O.Şahmalıyev bildirib.
Həkimin sözlərinə görə, son 2 həftə ərzində isti vurmadan 23 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 9 nəfər xəstəxanaya yerləşdirilib.
“Zərər çəkənlərin əksəriyyəti orta yaşlı insanlardır, onların arasında uşaq yoxdur”, - deyə O.Şahmalıyev qeyd edib.
A.Zeydullayeva