Azərbaycan prezidenti İlham Əliyev indoneziyalı həmkarı Coko Vidodoya təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi”, - deyə müraciətdə deyilir.
Azərbaycan prezidenti baş vermiş faciə ilə əlaqədar indoneziyalı həmkarına həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən özünün və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
Avqustun 16-da İndoneziyanın Papua vilayətində ATR 42-300 təyyarəsi qəzaya uğrayıb. Qəzaya düşən hava laynerinin göyərtəsində 49 sərnişin (həmçinin 5 uşaq) və 5 nəfər ekipaj üzvü olub. Onlar hamısı qəza nəticəsində həlak olublar.
R.Babayev